Nəriman Axundzadə MLS-də debüt edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun
futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt
edib.

Trend xəbər verir
ki, 21 yaşlı futbolçu müntəzəm mövsümün 5-ci turu çərçivəsində “Toronto”ya qarşı keçirilən oyunun 88-ci dəqiqəsində meydana daxil
olub.




Görüş “Toronto”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qış fasiləsində “Qarabağ” klubundan “Kolambus
Kryu”ya transfer olunan Nəriman Axundzadə MLS təmsilçisi ilə
2029-cu ilin yayına qədər müqavilə imzalayıb.