Bakı. Trend:
Martın 21-də saat 21:10 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və
12-ci məhəllələrin kəsişməsində bayram tonqalında baş verən güclü
partlayışla bağlı çağırış daxil olub.
Bu barədə Trend-ə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən
məlumat verilib.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb
Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına
hospitalizasiya edilib.
Bununla yanaşı, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili
Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Zərərçəkənlərin hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri
tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə
buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, onların
vəziyyətləri stabil qiymətləndirilir.

