İraqda zooparkda Sibir pələngi yeniyetməni ağır yaralayıb

Baş səhifə

Bakı. Trend:

İraqın əz-Zəvra Heyvanat Parkında Sibir pələngi yeniyetməni ağır
yaralayıb.

Trend xəbər verir
ki, ziyarətçilərdən biri dostları ilə birlikdə təhlükəsizlik
hasarını aşaraq yırtıcı heyvanlara qulluq edən işçilər üçün nəzərdə
tutulmuş əraziyə daxil olub.




O, Sibir pələnglərindən birinə yaxınlaşaraq heyvanı
qıcıqlandırmağa cəhd edib. Nəticədə pələng yeniyetmənin ayağından
tutaraq onu qəfəsə doğru çəkib. Ağır yaralanan gənci yırtıcının
caynaqlarından xilas etmək çətinliklə mümkün olub.

Bildirilib ki, hadisə təhlükəsizlik qaydalarının kobud şəkildə
pozulması nəticəsində baş verib. Mühafizəçilər və işçi heyətin
müdaxiləsi ilə yaralı xilas olunaraq xəstəxanaya çatdırılıb. Onun
vəziyyətinin stabil olduğu və lazımi tibbi yardım aldığı qeyd
olunur.