Sumqayıtda tonqal partlayışı nəticəsində 10 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal
yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil
olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub. İlkin qiymətləndirməyə
görə, vətəndaşlar tonqalı benzinlə yandırarkən ani partlayış baş
verib.




Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət
alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik
tədbirləri görülüb, tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.