
İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına raket hücumlarını yeni taktika ilə həyata keçirəcək və ilk belə həmləyə gecə saatlarında başlamağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi “X” sosial şəbəkəsində yazıb.
“Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm”, – Musəvi qeyd edib.
Onun sözlərinə görə, İranın raket buraxılış məntəqləri İsraili və ABŞ bazalarını “lərzəyə gətirəcək”: “Bu gecə İsrailin cənubunun səması bir neçə saat işıqlı qalacaq”.
از این لحظه #تسلط_موشکی فرزندان ایران را بر آسمان سرزمینهای اشغالی اعلام میکنم.
تاکتیکها و سامانههای پرتاب جدید به کار گرفته شده در موجهای پیش رو، فرماندهان امریکاییصهیونیستی را انگشت به دهان خواهد کرد.
امشب آسمان جنوب سرزمینهای اشغالی ساعتها روشن خواهد ماند.— Seyed Majid Moosavi (@smajid_moosavi) March 21, 2026
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


