Sumqayıtda Novruz şənliyi zamanı yanacaqla ehtiyatsız davranış partlayışa səbəb olub

Baş səhifə
Sumqayıtda Novruz şənliyi zamanı yanacaqla ehtiyatsız davranış partlayışa səbəb olub

Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Birləşmiş məhəlləsi ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

TƏBİB-dən “Report”a bildirilib ki, hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.