ABŞ Nigeriyaya kəşfiyyat dronları və hərbçilər göndərib

Baş səhifə

Bakı. Trend:

ABŞ Nigeriyaya kəşfiyyat məqsədilə dronlar və təxminən 200
hərbçi göndərib.

Trend xəbər verir
ki, bu barədə “Daily Nigerian” nəşri məlumat yayıb.




Məlumata görə, bu addım Nigeriya hökumətinin müraciəti əsasında
atılıb və ölkənin şimal-şərqində antiterror əməliyyatlarının
gücləndirilməsinə yönəlib. Göndərilən texnikaya “MQ-9 Reaper” tipli
kəşfiyyat dronları daxildir.

Qeyd olunur ki, ABŞ hərbçiləri döyüş əməliyyatlarında iştirak
etməyəcək, əsasən kəşfiyyat məlumatlarının toplanması və müşahidə
ilə məşğul olacaq. Bu tədbirlər Çad gölü ətrafında aktivləşən
ekstremist qruplaşmalara qarşı mübarizəni gücləndirməyi
hədəfləyir.