
Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmkəndlisini – 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


