ABŞ Maliyyə Nazirliyi İran neftinin satışına icazə verən lisenziya verib

Baş səhifə

Bakı. Trend:

ABŞ hakimiyyəti artıq dənizdə tankerlərdə saxlanılan İran
neftinin satışına icazə verən lisenziya verib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “X”
sosial şəbəkəsində yazıb.

“Bu gün Maliyyə Nazirliyi dənizdə olan İran neftinin satışına
icazə verən qısamüddətli, məhdud məqsədli icazə verir”, – deyə o
bildirib.




S.Bessent onu da deyib ki, bu tədbirlərin “təxminən 140 milyon
barel neftin qlobal bazarlara sürətli çatdırılmasına imkan
verəcəyi” gözlənilir.

Nazir vurğulayıb ki, lisenziya İranla yeni sövdələşmələrə icazə
vermir və “yalnız artıq nəql olunan neftə” şamil olunur.