Bakı. Trend:
İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu
keçirilib.
Trend-in məlumatına görə, dörd oyundur qələbə qazanan “Mançestr
Yunayted” “Bornumut” səfərində büdrəyib. Matçın ilk hissəsi qolsuz
başa çatsa da ikinci hissə daha məhsuldar olub. İkinci 45 dəqiqədə
4 qol vurulsa da qalibi müəyyən etmək olmayıb – 2:2. Qeyd edək ki,
“qırmızı şeytanlar” oyunun 80-ci dəqiqəsində Harri Maquayrın
qırmızı vərəqə alması ilə bir nəfər azlıqda qalıb. Bu matçdan sonra
“Mançestr Yunayted” 55 xalla üçüncüdür. “Bornumut” isə turnir
cədvəlini yarı bölür.

