
Britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X”dəki hesabında yazıb.
“Buna məhəl qoymayan cənab Starmer (Kir Starmer Böyük Britaniyanın Baş naziri – red.) Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır”.- Əraqçi bildirib.
O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.
Qeyd edək ki, Böyük Britaniya ABŞ-yə İrandakı hədəflərə zərbələr endirmək üçün öz hava bazalarından istifadə etməyə icazə verib.
Vast majority of the British People do not want any part in the Israel-U.S. war of choice on Iran.
Ignoring his own People, Mr. Starmer is putting British lives in danger by allowing UK bases to be used for aggression against Iran. Iran will exercise its right to self-defense.
— Seyed Abbas Araghchi (@araghchi) March 20, 2026
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


