Bakı. Trend:
ABŞ-nin “Amazon.com Inc.” şirkəti Transformer kod adlı mobil
telefon hazırlayır.
Trend-in
məlumatına grə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən
xəbər verib.
Məlumata əsasən, yeni telefonun səs köməkçisi olan “Alexa” ilə
sinxronlaşa biləcəyi və fərdiləşdirmə hesabına Amazon.com üzərindən
məhsulların, eləcə də Grubhub kimi tərəfdaşlardan yeməklərin
sifarişini, həmçinin Prime Video və Prime Music kimi striminq
platformalarından istifadəni asanlaşdıracağı ehtimal edilir.
Mənbələrin sözlərinə görə, layihənin əsas məqsədlərindən biri
süni intellekt xüsusiyyətlərinin inteqrasiyasıdır. Bu, ənənəvi
tətbiq mağazalarına olan ehtiyacı aradan qaldıra bilər.
Agentliyin mənbələri qeyd edib ki, “Alexa” cihazın əsas
elementinə çevriləcək, lakin onun əsas əməliyyat sistemi fərqli ola
bilər.

