
Bakı. Trend:
İsveçrə hakimiyyəti Rusiya əleyhinə sanksiyalar siyahısından
yeddi şəxsi çıxarıb. Onların kimliyi açıqlanmır.
Trend-in
məlumatına görə, bu barədə İsveçrə İqtisadi İşlər Nazirliyinin
tabeliyində olan İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyinin
bəyanatında bildirilib.
“Yeddi şəxs siyahıdan çıxarılıb. Bu tədbirlər 20 mart 2026-cı
il, saat 23:00-da qüvvəyə minəcək”, – deyə məntdə qeyd olunub.


