Xankəndidə Novruz və Ramazan bayramlarına həsr olunan konsert proqramı təşkil edilib (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Martın 20-də Xankəndi şəhərində Novruz və Ramazan bayramları
münasibətilə konsert olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Zəfər meydanında keçirilən tədbirə sakinlərlə yanaşı,
turistlər də böyük maraq göstərib.Konsert proqramında tanınmış
müğənnilər çıxış edərək, müxtəlif musiqi nömrələri təqdim
ediblər.




Bayram ab-havası ilə seçilən tədbir iştirakçılar tərəfindən
rəğbətlə qarşılanıb, şəhərdə xüsusi canlanma müşahidə olunub.Tədbir
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi,
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.Sonda təşkil
olunan möhtəşəm atəşfəşanlıq tədbirə xüsusi rəng qatıb. Gecə
səmasını işıqlandıran atəşfəşanlıq şəhərdə unudulmaz və gözəl
mənzərə yaradıb.Qeyd edək ki, bayram münasibətilə təşkil olunan bu
cür tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və
sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.