
Bakı. Trend:
NATO yerli ordunu yetişdirmək üçün təlim missiyasının bir
hissəsi olaraq orada olan bütün qoşunlarını İraqdan Avropaya
təxliyə edib.
Trend-in
məlumatına görə, bu barədə NATO-nun Avropadakı Müttəfiq
Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçin açıqlamasında
bildirilib.
Onun sözlərinə görə, qoşunların təxliyə edilməsi Yaxın Şərqdəki
müharibə səbəbindən Avropa hərbi heyətinə qarşı yaranan
təhlükəsizlik təhdidləri ilə əlaqədardır.
“Bütün NATO heyətinin İraqdan Avropaya təhlükəsiz şəkildə
köçürülməsinə görə İraq Respublikasına və bütün NATO ölkələrinə
təşəkkür etmək istərdim”, – deyə o bildirib. O əlavə edib ki,
NATO-nun Neapoldakı regional qərargahı artıq İraqla məsafədən
əməkdaşlıq edəcək.


