Bakı. Trend:
Türkiyənin Milli Müdafiə Nazirliyi Adana vilayətindəki “İncirlik” hava bazası yaxınlığında həyəcan siqnallarının işə
salınması ilə bağlı xəbərlərə münasibət bildirib.
Trend-in məlumatına görə, Müdafiə Nazirliyindəki mənbələr
bazanın ərazisində heç bir hücum və ya digər fövqəladə vəziyyətin
olmadığını bildiriblər.
Onların sözlərinə görə, bu, yalançı həyəcan siqnalı olduğu
ehtimal edilir.
Qeyd edək ki, martın 13-də NATO qüvvələri ayın əvvəlindən bəri
İranın Adana əyalətinin cənubunda atdığı üçüncü ballistik raketi
ələ keçirib.

