Bakı. Trend:
Varşava Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq Polşa hərbi
kontingentini İraqdan çıxarmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Polşa müdafiə naziri
Vladislav Kosiniyak-Kamış bildirib.
“Yaxın Şərq bölgəsində vəziyyətin pisləşməsi səbəbindən
əməliyyat şəraiti və potensial təhdidlər təhlil edildikdən sonra
Polşa hərbi kontingentinin İraqdan köçürülməsi qərarı verilib”, –
deyə nazir “X” sosial şəbəkəsində yazıb.
Nazir əlavə edib ki, bütün Polşa qoşunları artıq İraqı tərk
edib, əksəriyyəti artıq Polşaya qayıdıb, qalanları isə
İordaniyadadır. O vurğulayıb ki, Varşava bu addımı NATO ilə
əlaqələndirərək atıb.

