Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Baş səhifə
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Moskva vilayətinin Kolomna şəhərində (Rusiya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, hava gəmisi Stupino şəhər dairəsindəki “Torbeyevo-Start” aerodromunda planlı uçuş həyata keçirib.

İlkin məlumata görə, qəzanın qurbanı iki nəfər olub.

Təyyarənin vəziyyəti barədə məlumat verilmir.