
Bakı. Trend:
Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat
hadisəsi baş verib, ölən və yaralananlar var.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, qəza Adana vilayətində qeydə alınıb.
Məlumata görə, Ankara–Osmaniye marşrutu üzrə hərəkət edən
avtobus Arslanlı məhəlləsində aşıb.
Hadisə nəticəsində 2 nəfər həlak olub, 23 sərnişin müxtəlif
dərəcəli xəsarətlər alıb.
Qəzanın səbəbləri araşdırılır.


