
Bakı. Trend:
“Liverpul” yayda beş və ya altı oyunçusu ilə yollarını ayırmağa
hazırdır.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
“Mersisaydlılar”ın ayrılıq yolu mövqeyindən narazı olan hücumçu
Məhəmməd Salahdan başlaya bilər.
Salahdan əlavə, “Liverpul” gələn yay müqaviləsi başa çatacaq
müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Müdafiəçi
İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir.
“Liverpul” klubdakı 2 mövsümü ərzində baş məşqçi Arne Slotun
dəstəyini qazana bilməyən cinah yarımmüdafiəçisi Federiko Kyeza
üçün təklifləri nəzərdən keçirəcək.
Müdafiəçi Jozef Qomezin gələcəyi əsasən Konatenin “Liverpulda”kı
statusundan asılıdır. Digə bir ayrılıq ehtimalı isə Kurtis Cons
barədədir.


