Həcc ziyarəti üzrə kvota tamamlanıb?

Baş səhifə

Bakı. Trend:

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış
qalır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları
İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron
sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq
tamamlanıb, 9 faiz yer qalıb:

“Kvota hələ ki, tamamlanmayıb. Bayram günlərindən sonra da
tamamlana qədər sənəd qəbulu davam etdiriləcək”, – o, bildirib.




Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq.
Həmin zəvvar qrupunda 180 nəfər olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə
Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və
bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə
alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının
7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ
dolları, yəni 10 388 AZN təşkil edir.