
Bakı. Trend:
Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar olaraq
məscidlərdə bayram namazı qılınır.
Trend xəbər
verir ki, bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da
qılınıb.
Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.
Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,
şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı
gözlənilir.
Xəbər yenilənəcək


