Avropa İttifaqı Ukraynaya maliyyə yardımı üzrə razılığa gələ bilmir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Ukraynaynaya 90 milyon avroluq kreditin
ayrılması razılaşdırılması ilə bağlı qeyri-müəyyənlik var.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Sammit ərəfəsində Avropa İttifaqı hətta razılaşdırma proseduru
ilə bağlı da ortaq mövqe müəyyənləşdirə bilməyib.




“Politico” yazır ki, Macarıstan və Slovakiyanın veto qoyacağı
təqdirdə Aİ Ukrayna üçün nəzərdə tutulan vəsaiti ittifaqın bütün
üzvlərinin razılığını tələb etməyən ikitərəfli kreditlər formatında
təqdim etməyi planlaşdırır.

Belə ki, Aİ Kiyevə 30 milyard avro ayırmağı nəzərdə tutur.
Həmçinin iqtisadiyyat üzrə avrokomissar Valdis Dombrovskis bildirib
ki, Aİ Budapeştin vetosuna baxmayaraq, bu və ya digər şəkildə
Ukraynaya 90 milyard avro kredit təqdim edəcək.

Bundan əvvəl Polşanın sabiq baş naziri Leşek Miller X sosial
şəbəkəsində bildirib ki, əgər Avropa İttifaqı Ukraynaya 90 milyard
avro kreditin verilməsi ilə bağlı Macarıstanın vetosunu yan
keçərsə, bu, “sərf etməyən qanundan yan keçmənin mümkünlüyü”
anlamına gələcək.