Yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya neft ixracı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya 140,7
milyon ABŞ dolları dəyərində 286,3 min ton bitumlu süxurlardan əldə
edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici pul ifadəsində 23,3 milyon dollar (14,2 faiz) azalıb,
həcm baxımından isə 200 tondan çox azalma qeydə (0,1 faiz )
alınıb.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya
təqribən 164 milyon dollar dəyərində 286,5 min ton bitumlu
süxurlardan əldə edilmiş neft və nefti məhsulları ixrac
olunmuşdu




Bu müddət ərzində Rumıniya Azərbaycandan ən çox neft idxal etmiş
ölkələrin sırasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları
məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,
2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində
ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539
milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə
yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya
5,3% azdır.