Bakı. Trend:
İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu
zərərsizləşdirdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər
verib.
Məlumata əsasən, İran xüsusi təyinatlı qüvvələrinin İsrail
ərazisinin dərinliklərindəki əməliyyatları nəticəsində bir neçə
saat əvvəl İsrail təhlükəsizlik qüvvələrinin yüksək rütbəli
əməkdaşı öldürülüb.

