
Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 185,7 min ABŞ
dolları dəyərində 670 ton neft bitumu ixrac olunub.
Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir
verir.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 333,5 min ABŞ dolları və ya 23,5 dəfə az, həcm
baxımından isə 1,303 min ton və ya 64,2 faiz azdır.
Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi
ixracının 0,01 faizini təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycandan
dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon
ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları
ixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz,
fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz
azalıb.


