Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan dünyanın 11
ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac
olunub.

Bu barədə Trend
Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz,
fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz
azalıb.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları
məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,
2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində
ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539
milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə
yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya
5,3% azdır.