Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neft məhsullarının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 75,4
milyon ABŞ dolları dəyərində 103,6 min ton bitumlu süxurlardan əldə
edilən neft və neft məhsulları, həmçinin tərkibində kütləsinin 70
faizi və daha çoxu neft və ya neft məhsullarından ibarət olan
məhsullar ixrac edilib.

Bu barədə Trend
Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 13,1 milyon ABŞ dolları və ya 25,8 faiz çox, fiziki həcm
baxımından isə 7,9 min ton və ya 7,1 faiz az olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında
payı 12,06 faiz təşkil edib.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları
məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə
müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,
2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində
ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539
milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə
yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya
5,3% azdır.