Evlənmək istəyənlərdə ən çox hansı xəstəliklər aşkarlanır?

Baş səhifə

Bakı. Trend:

2025–2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal
diaqnostika göstəriciləri açıqlanıb.

Trend-in
sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Milli Hematologiya və
Transfuziologiya Mərkəzindən (MHTM) bildirilib ki, 2026-cı ilin
yanvar ayı ərzində 6 596 nikah öncəsi müayinə aparılıb. Bu
müayinələr nəticəsində 268 nəferdə daşıyıcılıq aşkarlanıb.

“Fevral ayı ərzində aparılan müayinələrin sayı isə 7 712 olub.
Bu müayinələr nəticəsində isə 272 nəfərdə daşıyıcılıq müəyyən
edilib. 2 cütlükdə isə hər iki tərəfdə daşıyıcılıq aşkarlanıb”.




Beləliklər, 2026-cı ilin ilk iki ayında ümumilikdə 14308 nikah
öncəsi müayinə aparılıb.

2025-ci ildə nikah öncəsi müayinələrin sayı isə 100 761
olub:

“Bu müayinələr nəticəsində cütlüklərin yalnız birində aşkarlanan
daşıyıcılıq sayı 3 635 olub. Hər iki tərəfdə daşıyıcılıq aşkarlanan
cütlüklərin sayı isə 35 olub.
Ötən il uzrə prenatal diaqnostika ilə bağlı statistika da məlum
olub. Belə ki, 2025-ci il ərzində ümumilikdə prenatal 68 müayinə
aparılıb. 21 nəfərdə xəstəlik, 32 nəfərdə isə daşıyıcılıq
aşkarlanıb. 15 nəfər isə sağlam olub”, məlumatda bildirilib.