Bakı məktəbində şagird ikinci mərtəbədən yıxıldı (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi
martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən
yıxılıb.

Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən məlumat
verilib.

Qeyd olunub ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi
yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə
üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti
qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən
nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin
məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və
müəllimlərlə söhbət aparılır.

xxx

13:10

Bu gün saat 10:25 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu,
233 saylı məktəbdən çağırış daxil olub.




Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası
cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2011-ci il təvəllüdlü
yeniyetməyə (kişi) sol ayağın küt zədəsi diaqnozu ilə yerində tibbi
yardım olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin məktəbdə baş verdiyi
barədə iddialar yayılıb.

Yayılan məlumatlara görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi
ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbin 8-ci
sinif şagirdi dərsdən qaçmaq istəyərkən ikinci mərtəbədən
tullanıb.

Hadisə ilə bağlı məktəbə sorğu ünvanlanıb.