
Bakı. Trend:
2025-ci il üzrə xarici ticarət dövriyyəsi 41.8 milyard dollar
təşkil edib, neft-qaz sektoru üzrə 18.1 milyard dollar həcmində
profisit qeyri-neft-qaz sektoru üzrə 11.7 milyard dollar həcmində
kəsiri bağlayıb.
Trend bu barədə
Mərkəzi Banka istinadən xəbər verir.
“Nəticədə hesabat dövründə xarici ticarət balansında 6.4 milyard
dollar həcmində profisit yaranıb. 2025-ci il üzrə Azərbaycanın
dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri olun. Xarici ticarətin
12.6%-i MDB üzvü olan ölkələrin, 87.4%-i isə digər xarici ölkələrin
payına düşür”, – məlumatda qeyd edilib.


