
Bakı. Trend:
2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4
milyard ABŞ dolları təşkil edib.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən
mətbuat konfransında qurumun Statistika departamentinin direktoru
Samir Nəsirov bildirib.
O xatırladıb ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard
dolları ABŞ dolları kəsir olub.
“Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin
azalmasından gedir. Bu göstərici hesablanan zaman Tədiyyə Balansı
üzrə Rəhbərliyin 6-cı nəşri qaydalarına və manualına uyğun olaraq
yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır”, – deyə AMB
rəsmisi qeyd edib.


