Azərbaycana daxil olan pul baratları ötən il 1,2 mlrd. dollara yaxınlaşıb

Baş səhifə

2025-ci ildə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 1 176,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artım deməkdir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib.

Eyni dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi 505 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 4,1% azalma deməkdir.

Onun sözlərinə görə, Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya Federasiyası (479,3 mln. dollar), Türkiyə (193,2 mln. dollar), ABŞ (100,7 mln. dollar), Gürcüstan (43,6 mln. dollar) və Böyük Britaniya (42,4 mln. dollar) üzrə formalaşıb.