
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) 30 minə yaxın iştirakçının qatılması gözlənilir.
“Report” xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru WUF13 üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı qeydiyyat prosesi davam edir: “Forum çərçivəsində dövlət və hökumət başçıları, bələdiyyə və şəhər rəhbərləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, alimlər, memarlar, eləcə də özəl sektor nümayəndələri iştirak edəcək. Tədbir iki əsas istiqamətdə təşkil olunacaq. Əsas proqram çərçivəsində 6 gün ərzində 400-ə yaxın konfrans, görüş və dəyirmi masanın keçirilməsi planlaşdırılır”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


