BMT: WUF13-də daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir

Baş səhifə

Bakıda keçiriləcək WUF13 beynəlxalq konfransında daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.

APA xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı ölkə proqramının rəhbəri Anna Soave “WUF13 – Özəl Sektor üçün Məlumatlandırma Sessiyası” adlı tədbirdə deyib.

“Misirdə keçirilən WUF12-də 25000 iştirakçının cəmi 14%-i özəl sektor nümayəndəsi olub, Polşada təşkil edilən konfransda iştirakçıların 14%-i özəl sektoru təmsil edib. WUF13-də isə daha çox özəl sektor nümayəndələrinin iştirakı gözlənilir. Bu Azərbaycan biznesləri üçün potensiallarını qlobal auditoriyaya çatdırmaq imkanı təqdim edəcək”, – BMT nümayəndəsi bildirib.