Hörmüz boğazından keçid üçün sığorta xərcləri artıb

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazından keçən gəmilərin sığortalanması mümkün olsa da,
İranla davam edən hərbi münaqişə fonunda sığortanın dəyəri kəskin
şəkildə artıb.

Trend xəbər verir ki, bu
barədə “Bloomberg” agentliyi məlumat yayıb.




Agentlik qeyd edir ki, sığorta xərcləri gəminin dəyərinin
təxminən 5%-nə yüksəlib ki, bu da İranla müharibənin ilk günlərində
müşahidə olunan səviyyədən təxminən beş dəfə çoxdur. Bu o deməkdir
ki, 100 milyon dollarlıq neft tankerinin sığortalanması hazırda
təxminən 5 milyon dollara başa gəlir.

Yüksək qiymətlərə baxmayaraq, bazarda təkliflərin mövcudluğu
göstərir ki, bu su yolundan keçməyə cəsarət edən azsaylı gəmilər
üçün sığorta hələ də mövcuddur.