8 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Məmmədova məlumat verib.
O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir.
“4 ay öncə Fatimənin burnundan qanaxma başladı. Əvvəllər çox ciddi yanaşmasam da, həkim müayinəsinə getdiyimiz zaman Fatimədə leykoz xəstəliyinin ilkin mərhələdə olduğunu öyrəndik. Fatimənin müalicəsi üçün lazım olan 7 500 manatın 7 100 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilsək də, 400 manatı toplamağa imkanımız çatmır”.
Leyla Məmmədova bildirib ki, həyat yoldaşı 3 il öncə vəfat edib.
“Mənim dörd övladım var. Üç il əvvəl yoldaşım vəfat edib. Uşaqların yaşları az olduğu üçün onları tək buraxıb işləyə də bilmirəm. İnanın ki, bəzən uşaqlara verməyə yemək tapmıram. Övladlarımın qarşısında çox acizəm, buna görə çox utanıram. Balaca oğlum Elxanın bütün bədəni yara töküb, həkim infeksiya düşdüyünü deyir. Müalicəsi üçün 60 manata ehtiyacımız var, amma pulum olmadığından müalicəsini etdirə bilmirəm. Fatimənin dərman pulundan götürüb müalicə etməyə də qorxuram ki, sonra pulun qalanını düzəldə bilməyəcəyəm. Yardımsevər şəxslərdən övladlarıma dəstək olmaqlarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 345-16-67
www.RESMIXEBER.az

