İrandan 9 xarici ölkə vətəndaşı Azərbaycana təxliyə olunub – YENİLƏNİB

Baş səhifə
İrandan daha 9 nəfər Azərbaycana təxliyə olunub - YENİLƏNİB

İrandan martın 16-sı saat 12:00-dən 18:00-dək üç ölkənin 9 vətəndaşı Azərbaycana təxliyə edilib.

“Report”un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Bunlardan 4-ü Hindistan, 3-ü Əlcəzair və 2-si Avstraliya vətəndaşıdır.

İrandan bu gün 00:00-12:00 aralığında 1-i uşaq olmaqla, 4 Azərbaycan vətəndaşı təxliyə edilib.

“Report”un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.