Bakı. Trend:
İraq bir həftə ərzində Kərküklə Ceyhanı birləşdirən 970
kilometrlik köhnə neft kəmərinin istismarını bərpa etmək
niyyətindədir.
Trend xəbər verir
ki, bu barədə İraqın Neft naziri Həyan Əbdül Qəni bildirib.
Nazir videomüraciətində qeyd edib ki, Kərkükdən neftin daşınması
üçün nəzərdə tutulan və günə 200–250 min barel ötürücülük
qabiliyyətinə malik olan İraq–Türkiyə neft kəməri hazırda son
yoxlama və yenidənqurma mərhələsindən keçir.
Onun sözlərinə görə, “bir həftə ərzində hidrostatik sınaqların
keçirilməsi qalır ki, bu da neftin İraq Kürdüstanını yan keçməklə
birbaşa Kərkük yataqlarından kəmərə vurulmasına imkan verəcək.”

