
Bakı.Trend:
14-15 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilən
batut gimnastikası üzrə “Dutch Trampoline Open” beynəlxalq
turnirində gimnastlarımız uğurlu nəticələr əldə ediblər.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından (AGF)
məlumat verilib.
Bildirilib ki, yarışda fərdi proqramda gimnastlarımız medal
sıralamasında yer alaraq ölkəmizi layiqincə təmsil ediblər. Belə
ki, Selcan Mahsudova 56.580 xalla qızıl medal qazanaraq turnirin
qalibi olub. Maqsud Mahsudov 60.030 xalla fəxri kürsünün 1-ci
pilləsinə qalxıb. Hüseyn Abbasov isə 57.410 xalla bürünc medala
layiq görülüb.
Sinxron proqramda da Azərbaycan gimnastları uğurlu çıxışlarını
davam etdiriblər. Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü 51.530
xalla gümüş medal qazanıb. Digər kişi cütlüyü – Ömər Qasımlı və
Muhamməd Həsənli isə 43.680 xalla qızıl medal əldə edib.
Qeyd edək ki, Selcan Mahsudova yarış zamanı ən çətin proqramı
təqdim edən qadın idmançı kimi xüsusi kuboka da layiq görülüb.
Gimnastlarımızı bu uğurlu nəticələr münasibətilə təbrik edir,
gələcək yarışlarda uğurlar arzulayırıq!


