Novak Cokoviç Mayami ATP turnirindən zədəsi səbəbindən çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviç sağ çiynindən aldığı zədə
üzündən Mayamidə keçirilən Tennis Peşəkarları Assosiasiyasının
(ATP) turnirində iştirak edə bilməyəcək.

Trend xəbər verir
ki, bu barədə ATP-nin mətbuat xidməti məlumat yayıb.




Turnir 18 mart tarixində başlayacaq. Mayami turniri sərt kortda
keçirilir və Masters səviyyəli yarış kimi təsnif olunur; yalnız
Böyük Dəbilqə turnirləri və ATP Finalları daha nüfuzlu sayılır.

Turnirin mükafat fondu 9,4 milyon dollardan çoxdur. Cokoviç bu
turnirdə altı dəfə qalib gəlib. Hazırkı çempion isə Çexiyadan olan
Yakub Menşikdir.