Avropa Açıq Turniri: Son yarış günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüdə yer alıb

Baş səhifə
Avropa Açıq Turniri: Son yarış günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüdə yer alıb

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.

“Report” xəbər verir ki, son yarış günündə Azərbaycanın daha 2 cüdoçusu fəxri kürsüdə yer alıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala yiyələnib. 100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (66 kq) üçüncü yeri tutmuşdu.