
Bakı. Trend:
Yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində Qazaxıstanın
Bakıdakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir.
Trend-in
məlumatına görə, bu barədə səfirlik “Telegram” kanalında məlumat
verib.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə,
qeydiyyatdan keçmiş 200 seçicidən 135-i səs verib.
Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinin
tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin
əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında
iştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərinin
valideynləri və müəllimləri iştirak edirlər. Bildirilib ki,
Qazaxıstanın ibtidai sinif şagirdlərindən ibarət komandası komanda
yarışında birinci yeri tutub.
Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat
20:00-a qədər açıq olacaq.


