Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumunda səs verib.
Modern.az xəbər verir ki, dövlət başçısı 51 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.
Prezident Tokayev səsvermədən sonra media nümayəndələrinə açıqlamasında referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyətini vurğulayıb.
“Konstitusiya vətəndaşlarımızın hüquq və azadlıqlarını təmin edən həqiqətən tarixi bir sənəddir və buna görə də müstəsna əhəmiyyət kəsb edir. Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir. Əminəm ki, yeni əsas qanun ölkəyə və onun gələcəyinə xidmət edəcək”, -deyə Tokayev bildirib.
Qeyd olunub ki, dəyişikliklər sənədin mətninin təxminən 84%-ni əhatə edəcək. İslahat birpalatalı Parlamentə keçidi, bir neçə icra hakimiyyətində dəyişiklikləri və yeni sosial təminatların yaradılmasını nəzərdə tutur.
Səsverməyə çıxarılan sual budur: “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?” Referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00-a qədər davam edəcək.

