Bakı. Trend:
Koreya Respublikası Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi
zərurətini diqqətlə nəzərdən keçirəcək.
Trend-in məəlumatına görə, bu barədə “KBS” telekanalı Cənubi
Koreya prezident administrasiyasındakı adı açıqlanmayan əməkdaşa
istinadən xəbər verib.
Məlumata əsasən, hərbi gəmilər dənizçilik azadlığının təmin
edilməsi üçün göndərilə bilər.
Bunda əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından neft
idxal edən ölkələrin oraya hərbi gəmilər göndərərək dənizçilik
təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduqlarını
bildirmişdi. O, belə bir addımın maraqlarına xidmət edə biləcəyi
ölkələr arasında Cənubi Koreya və Yaponiyanın adını çəkdi.

