Türkiyə Azərbaycana investisiyaları artırmaq niyyətindədir – Ata Köseoğlu

Baş səhifə

Bakı. Trend:

Türkiyə Azərbaycana investisiyaları qorumaq və artırmaq
ambisiyalarını nümayiş etdirir.

Trend xəbər verir
ki, bunu bu gün XIII Qlobal Bakı Forumunda “Son regional münaqişə
Yaxın Şərqi necə dəyişir” mövzusunda əlavə sessiya zamanı
Rothschild & Co Turkey şirkətinin İdarə Heyətinin sədri Ata
Köseoğlu deyib.

Onun sözlərinə görə, hazırda türk podratçılarının Azərbaycanda
əhəmiyyətli layihələri var.




“Zəngəzur Dəhlizi layihəsi çərçivəsində müqavilələrin və işlərin
əksəriyyəti Türkiyə mütəxəssisləri tərəfindən həyata keçirilir,
lakin bu, sadəcə rəqəm məsələsi deyil. Ümid edirəm ki, Türkiyə və
Azərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verəcək
alternativlər ortaya çıxacaq. Avropa enerji baxımından bu bölgədən
çox asılı olduğundan, investisiya və infrastruktur baxımından hələ
öyrəniləcək çox şey var”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, faydalar yalnız Azərbaycanla
məhdudlaşmır; bu, ikitərəfli bir prosesdir. Məsələn, enerji ilə
yanaşı, Azərbaycan Avropaya investisiya qoymağa başlayıb.

“Cənub-Şərqi Avropa ilə bu bölgə arasında qarşılıqlı əlaqəni nə
qədər çox müşahidə etsək, qarşılıqlı asılılıq bir o qədəraydın
olur. Bu, sabit enerji təchizatı və davamlı sülh üçün perspektivlər
açır”, – deyə o vurğulayıb.