
Bakı. Trend:
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz
dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və
psixotrop tərkibli həblər aşkarlanıb. Araşdırma zamanı E.Əliyevin
narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.


