Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək

Baş səhifə
Türkiyə Azərbaycanla investisiyalar sahəsində əməkdaşlığı genişləndirəcək

Türkiyə Azərbaycanla investisiya əməkdaşlığını genişləndirməyə çalışır.

“Report”un məlumatına görə, bu barədə “Rothschild & Co”nun Türkiyədəki sədri Ata Köseoğlu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, Türkiyə xüsusilə regional qeyri-sabitliyin hökm sürdüyü indiki şəraitdə mühüm geosiyasi mövqe tutur.

A.Köseoğlu qeyd edib ki, ölkə eyni zamanda Orta və Zəngəzur dəhlizləri də daxil olmaqla iri infrastruktur layihələrinin həyata keçirilməsində fəal şəkildə iştirak edir: “Türkiyə Azərbaycanla birgə investisiya fəaliyyətinin daha da intensivləşdirilməsi istiqamətində iddialı şəkildə köklənib”.

Məlumat yenilənir