Bakı. Trend:
Bu gün Konqo Respublikasında prezident seçkiləri
keçiriləcək.
Trend xəbər verir ki,
prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Namizədlər
arasında hazırkı dövlət başçısı, 82 yaşlı Denis Sassu Nguesso da
yer alır.
Seçici siyahılarına 2,64 milyon vətəndaş daxil edilib. Seçki
günü ictimai asayişin qorunmasını təmin etmək məqsədilə hərbçilər,
polis və təhlükəsizlik xidmətlərinin əməkdaşları 12 mart tarixində
əvvəlcədən səs veriblər. Onların ümumi sayı təxminən 60 min
nəfərdir.

