
Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Trend DİM-ə
istinadən xəbər verir ki, bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi,
Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt
(II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən,
Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar,
Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara,
Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı,
Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və
Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb),
Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta
məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1
nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı,
Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi
məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində
yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə və
hərbi liseylərdə təhsil alanlar da imtahan verirlər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmırlar.
Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı
nəzərdə tutulur.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait
yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar
üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

